"İnter Mayami" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaır.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
ABŞ təmsilçisi 38 yaşlı hücumçu ilə sözləşməni yaxın 2 həftə ərzində açıqlayacaq.
Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Bu mövsüm o, MLS-də 21 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.