RU

Azərbaycanda xarici siyasi nüfuzlu şəxslərin əməliyyatları artıb

2024-cü ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilmiş xarici siyasi nüfuzlu fiziki şəxslər 15 002 mədaxil əməliyyatı aparıb.Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətinə (MMX) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,5 % çoxdur.Hesabat dövründə həmin şəxslərin apardığı nağd məxaric əməliyyatlarının sayı isə 25,5 % artaraq 80 627-yə çatıb.Xarici siyasi nüfuzlu şəxslər və onlarla əlaqəli şəxslərə dair Xidmətə daxil olan 14 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, 95 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib. Bu da, 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.

Qeyd edək ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb

Избранный
22
metbuat.az

1Источники