RU

Türk Dövlətləri Təşkilatına Azərbaycan SƏDRLİK EDƏCƏK

ain.az bildirir, Bizim media portalına istinadən.

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik" şüarı altında sammit olacaq.Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib."Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik" şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.Qlobal və regional proseslərin gərginləşdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının vahid mövqedən çıxış etməsi, ortaq səylər göstərməsi xüsusi əhəmiyyət daşıyır. Birgə addımlarımız regionumuzda sülhün möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və xalqlarımızın rifahına xidmət edəcək", - deyə Ə.Əsədov qeyd edib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
24
bizim.media

10Источники