RU

Baş nazir Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb

Baş
Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib. Bu barədə 1news.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb. Baş nazir, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.
Избранный
8
41
1news.az

10Источники