RU

Gəncə və Göygöldə nöqsanlar aşkarladı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkili ilə bağlı nəzarət və tənzimləmə tədbirlərini davam etdirir. Hazırlıq çərçivəsində Agentliyin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirib.

XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, yoxlamalar zamanı bəzi obyektlərdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Aşkarlanan nöqsanlar aşağıdakı müəssisələrdə qeydə alınıb:

“Gilavar-2” restoranı (Göygöl şəhəri, A. Kazımov küçəsi)
– Mətbəx və manqal sahələrində havalandırma sisteminin olmaması
– Soyuducularda mal qonşuluğu prinsipinin pozulması
– Qida məhsullarının qəbuluna və istifadəsinə nəzarətin aparılmaması
– Filtrasiya və təmizləmə proseslərinin kifayət etməməsi
– Emal, istehsal və saxlama şəraitinin standartlara cavab verməməsi

“Üç Qardaş” restoranı (Gəncə şəhəri, Gülüstan qəsəbəsi)
– İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmaması
– İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməməsi
– Qəbul edilən məhsulların etiketlənməsi və yararlılıq müddətinə nəzarətin aparılmaması
– Yararlılıq müddəti bitmiş məhsulların istifadəsinə yol verilməsi

“Kolorit” restoranı (Gəncə şəhəri, Cavadxan küçəsi 2)
– Anbar sahəsinin standartlara uyğun olmaması
– Mətbəx divar səthlərinin və havalandırma sisteminin tələblərə cavab verməməsi
– Fritoz yağlarının vaxtında dəyişdirilməməsi və təmizlik işlərinin aparılmaması

“Aşurlu” restoranı (Gəncə şəhəri, Totanlı küçəsi 36)
– Toyuq ətinin keyfiyyətini təsdiqləyən sənədin mövcud olmaması
– Mənşəyi və tərkibi bəlli olmayan süd məhsullarından istifadə
– İşçilərin sanitar geyimlə təmin edilməməsi

“Polad” restoranı (Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsi)
– Qida ilə təmasda olan materialların saxlanması üçün ayrıca bölmələrin ayrılmaması
– Tullantı qutularının olmaması
– Mətbəxdə istifadə olunan alət və avadanlıqların qeyri-standart materialdan hazırlanması

“Aytac” restoranı (Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsi)
– Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilməməsi
– Emal və yardımçı sahələrdə döşəmə və divar səthlərinin tamlığının pozulması
– Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmaması
– Pəncərələrin sınıq və standartlara uyğun olmaması



Xəbər 2 dəfə oxunub.
Избранный
18
xezernews.az

1Источники