RU

Azərbaycanın yeniyetmə şahmatçıları dünya çempionatında iştirak edəcəklər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu gün Qazaxıstanın Almatı şəhərində yeniyetmə şahmatçılar arasında dünya çempionatının açılış mərasimi keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumatan görə, mötəbər yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. Çempionat 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızları arasında təşkil olunacaq. Dünya çempionatında ölkəmizi Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

11 turdan ibarət dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
5
azertag.az

6Источники