Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Bu barədə Komitədən məlumat verilib.
Seçkiləri komitə nümayəndələrindən 4, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla, 9 nəfərdən ibarət Seçki komissiyası təşkil edib.
16 namizədin iştirak etdiyi seçkidə aşkarlığı təmin etmək məqsədi ilə şəffaf qutulardan istifadə olunub. Səsvermədən sonra səslər komissiya üzvləri tərəfindən hesablanıb.
Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:
1. "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri – Anar Xəlilov
2. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri – Hafiz Səfixanov
3. Qərbi Azərbaycan İcmasının təşəbbüs qrupundan namizəd – Rufik İsmayılov
4. Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov
5. Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov
6. Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd, hüquqşünas – Səbuhi Səmədov
7. "Türküstan" Media Qrupunun rəhbəri – Aqil Camal
8. Odlar Yurdu İctimai Birliyinin sədri – Həcər Əkbərova
9. Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi, Azərbaycan Dillər Universitetinin müəllimi – Qorxmaz Mustafayev
10. Regional Gender Mərkəzi İctimai Birliyinin sədri – Şərqiyyə Dadaşova
11."Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – Fəridə Cabbarova