Beyləqanda 32 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı sağ saidin kəsilmiş açıq yarası ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəsarət alan qadın ailədaxili mübahisə zəminində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта