RU

Səhvə yol verən Premyer Liqanın debütantına texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "İmişli"yə texniki məğlubiyuyət (0:3) verib.

Sportinfo.azxəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Buna səbəb Premyer Liqada 4-cü turunda "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində İmişli komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması olub.

Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 min manat cərimələnib.

Texniki məğlubiyyətə görə 3 xalı silinən "İmişli" turnir cədvəlində 4-cü pillədən 8-ci yerə enib.

Bu görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3 min manat cərimə edilib.

Sözügedən oyunda "İmişli" 1:0 hesabı ilə qalib gəlmişdi.

Избранный
58
sportinfo.az

1Источники