RU

AFFA "Şamaxı" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının daha iki klubunu cərimələyib.

Operativ Media xəbər verir ki, “Karvan-Yevlax”la oyunda heyətində 4 nəfər sarı vərəqə alan “Şamaxı” 700 manat cəriməyə məruz qalıb.

“Sabah”la qarşılaşmanın 45+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığından, bakılılar 3000 manat cərimələnib. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilən “Neftçi” daha 5000 manat ziyana düşüb.

Избранный
13
operativmedia.az

1Источники