RU

Ukrayna Rusiyanın 48 PUA-sını zərərsizləşdirdi

Sentyabrın 18-nə keçən gecə Rusiya qüvvələri 75 “Şahed”, “Gerbera” və digər növ hücum PUA-ları ilə Ukraynaya hücum edib. Hava Hücumundan Müdafiə Qüvvələri 48 pilotsuz uçan aparatını zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri sosial mediada məlumat yayıb.

Bildirilir ki, 17 sentyabr saat 21:00-dan etibarən Rusiya Kursk, Orel, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən hava hücumuna başlayıb.

İlkin məlumatlara görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şimalında, şərqində və mərkəzində Rusiyaya məxsus 48 ədəd “Şahed”, “Gerbera” və digər tipli PUA-ları vurub.

Избранный
24
publika.az

1Источники