RU

Mabel Matizin mahnısı nazirlik tərəfindən qadağan olundu

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mabel Matizin "Perperişan" mahnısına musiqi platformalarında qadağa qoyulub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnı Ailə və Sosial Xidmətlər Nazirliyinin tələbi ilə "YouTube", "Spotify" və "Apple Music"də  bloklanıb.

Nazirliyin məhkəməyə təqdim etdiyi vəsatətdə bildirilirdi ki, mahnının məzmunu ailəyə ziyan vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.

Qeyd olunub ki, vətəndaşlar mahnının mətninin "türk ailəsinin adət və ənənələrinə zidd” olması ilə bağlı rəsmi quruma şikayətlər ediblər.

Xatırladaq ki, Mabel Matiz daha əvvəl də qadağalarla üzləşib. RTÜK onun "Karakol" mahnısının klipində romantik münasibətdə olan iki insanın görüntülərini  əsas gətirərək, iyun ayında televiziyada yayımını dayandırmışdı.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
azxeber.com

1Источники