RU

Azərbaycan klubunun vitse-prezidenti sərt cəzalandırıldı

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununun 62-ci dəqiqəsində “Kür-Araz” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Göygöl” komandasının azarkeşləri meydançaya daxil olduğuna görə “Göygöl” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (61.2);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 59.2).

Избранный
49
6
teleqraf.com

10Источники