RU

Paşinyan: Ağrı dağının viza möhürlərindən çıxarılması qərarı Türkiyənin tələbləri ilə bağlı deyil

Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyə tərəfindən gələn hər hansı tələblə bağlı deyil.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

"Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Ermənistan-Türkiyə danışıqlarında bu mövzu müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızın əsasıdır. Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini tanıyırıq. Dövlətimizə bunu çatdırmaq üçün strategiyamız var və onu davam etdirməliyik ki, vəziyyət sağlam istiqamətə yönəlsin”, - deyə o qeyd edib.

Qeyd edək ki, sərhəd keçidlərində viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar Ermənistan hökumətinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.

Избранный
23
operativmedia.az

1Источники