İntizam Komitəsinin bu gün keçirilən iclasında "İmişli" klubuna texniki məğlubiyyət verilib. 

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının IV turunda "Sumqayıt"a qarşı matçın 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, “İmişli” komandası 5000 manat cərimələnib.

Bundan əlavə, “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat; 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün (3 oyun cəza) 3000 manat cərimə ödəməli olacaq.

Həmin oyunda “Sumqayıt”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat məbləğində cərimələnib.