RU

MMX: 2,7 mln. nəfərin bank hesablarında kiçik məbləğli çoxsaylı əməliyyatlar təhdidlər yaradır

MMX:

2023-cü ilin sonuna bank hesabı olmayan və fəaliyyəti dayandırılmayan hüquqi şəxslərin, onların təsisçi və direktorlarının bank əməliyyatlarına dair təhlillər aparılmış, nəticədə 34 fiziki şəxslə əlaqəli 10,9 milyon manat məbləğində əməliyyatlarla bağlı Dövlət Vergi Xidmətinə məlumat təqdim edilib.

Bu barədə “APA-Economics” Maliyyə Monitorinqi Xidmətinə (MMX) istinadən xəbər verir.

Qeyd edilib ki, 2023-cü il ərzində 2,7 milyon nəfərə yaxın şəxsin bank hesablarına ödəniş terminalları vasitəsilə daxil olmuş vəsaitin əsasən kiçik məbləğlərlə çoxlu sayda əməliyyatlar çərçivəsində aparılması müəyyən edilmişdir ki, bu da əsas mənbənin və təyinatın yayındırılmasına cəhd edildiyini ehtimal etməyə əsas vermişdir. Qeyd olunanların maliyyə sektorunda cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi baxımından kifayət qədər təhdidlər yaratdığını nəzərə alaraq, xüsusilə riskli hesab olunan fiziki şəxs barədə məlumat vergidən yayınma hallarının mövcudluğunun araşdırılması məqsədilə müvafiq dövlət qurumuna göndərilib.

Məbləğ limitinə əsasən göndərilən, məbləğ limitindən asılı olmayaraq göndərilən, eləcə də yüksək risklizonalarla əlaqəli həyata keçirilən əməliyyatların təhlili üzrə metodologiyalar hazırlanaraq “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə daxil olan şübhəli məlumat və sorğulara baxilmasına dair daxili prosedur Qaydalara” əlavə edilib.

Избранный
21
3
xalqcebhesi.az

4Источники