RU

Yeni preparat ION224 qaraciyərin piylənməsinə qarşı uğurla sınaqdan keçirilib

Yeni preparat ION224 qaraciyərin piylənməsinə qarşı uğurla sınaqdan keçirilib

News365.az xəbər verir ki, ABŞ və Puerto-Rikodan olan 160 pasiyent üzərində aparılan tədqiqat ION224 preparatının qeyri-alkoqollu steatohepatit (MASH) və qaraciyər fibrozu ilə mübarizədə effektiv olduğunu göstərib.

MASH qaraciyərdə piy yığılması, şəkərli diabet və dislipidemiya kimi metabolik pozğunluqlarla əlaqəli proqressiv xəstəlikdir. Bu vəziyyət qaraciyər hüceyrələrində iltihab və zədələnməyə səbəb olur.

Tədqiqatda iştirak edənlər birinci qrupa daxil edilərək 51 həftə ərzində ayda bir dəfə ION224 preparatı ilə müalicə olunub. Nəzarət qrupu isə plasebo qəbul edib. ION224 preparatı DGAT2 fermentini bloklayaraq qaraciyərdə piy yığılmasını və hüceyrə iltihabını azaldır.

Nəticələr göstərib ki, 90 mq doza qəbul edən pasiyentlərin 46%-də, 120 mq doza qəbul edənlərin isə 59%-də qaraciyərin vəziyyətində əhəmiyyətli yaxşılaşma müşahidə olunub. Müqayisə üçün, plasebo qəbul edənlərdə bu göstərici cəmi 19% təşkil edib. Maraqlıdır ki, müalicənin effekti bədən çəkisinin azalmasından asılı olmayıb.

Alimlər bildiriblər ki, ION224 GLP-1 sinfinə aid Ozempiq kimi preparatlarla kombinə edilərək müalicə üçün perspektivli nəticələr təqdim edə bilər. Tədqiqatçılar ümid edirlər ki, bu preparatın istifadəsi gələcəkdə qaraciyər sirrozu və transplantasiya ehtiyacını azalda bilər.

News365.az

Избранный
38
news365.az

1Источники