RU

Deputatdan elektrik avtomobilləri ilə TƏKFLİF

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qanunvericilikdə elektrik avtomobillərindəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişiklik edilməsinə ehtiyac var".

Oxu.Az-ın məlumatına görə, bunu deputat Rövşən Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana xeyli sayda elektrik avtomobilləri gətirilir:

"Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınması təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələ elektrik avtomobillərindəki litium batareyalarının utilizasiyasıdır. Belə batareyaların istismar müddəti 5-7 il arasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. İstərdim ki, bu sessiyada bu mövzunu da müzakirə edək. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı".

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
5
oxu.az

10Источники