Yazını böyüt
Yazını kiçilt
Gözlənildiyi kimi, Qırğızıstan prezident Sadır Japarov Cəlal-Abad şəhərinin Manas şəhəri adlandırılması haqqında qanunu imzalayıb.
Hafta.az-ın yazdığına görə, bu barədə prezidentin mətbuat xidməti bu gün məlumat yayıb.
Qanun Qırğızıstan parlamentində sentyabrın 10-da qəbul edilib. Onun məqsədi milli ideologiyanı gücləndirmək və şəhərə qırğız xalqının müxtəlif işğallardan müdafiəçisi, böyük qəhrəman Manasın adını verməkdir.
Qanun rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.
Adın dəyişdirilməsi təşəbbüsü birbaşa Cəlal-Abad sakinlərindən gəlib. Şəhərdə hazırda 186 mindən çox əhali yaşayır.