RU

Yollarda tıxac, dayanacaqlarda izdiham… “Qarşıdakı 10 ay ərzində…” – Ekspert

Yeni tədris ili başlamamışdan, hətta avqust ayından artıq yollarda sıxlıq müşahidə olunurdu. Bu, qarşıdakı günlərdə bizi nələrin gözlədiyindən xəbər verirdi. Qarşıdakı 10 ay ərzində də birdən-birə nəyinsə dəyişəcəyini gözləmək əbəsdir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı yollardakı vəziyyətin düzələcəyi tarixlə bağlı danışarkən deyib. O bildirib ki, yaxın aylarda bu problemin qəflətən həll olunacağını demək çətindir:

“Çünki bu illərlə yığılıb qalan problemdir. İllərlə vaxt lazımdır ki, bu problemlər həll olunsun. Avtobusların sayı artırılmalıdır, metro stansiyalarının sayı artırılmalıdır. Bununla bağlı artıq işlərə başlanılıb. Avtobuslar yenilənir, yeni avtobuslar da gətirilir. Yol infrastrukturu ilə bağlı müəyyən layihələr var. Yeni layihələr yolların çəkilməsi, həm də mövcud yolların genişləndirilməsi, şaxələndirilməsi ilə bağlıdır. Bu proseslər təbii ki, vaxt aparacaq.

Təsəvvür edin, birinci mərhələdə 10 yeni meteostansiyasının tikilməsi nəzərdə tutulur və bu 2025-2030-cu illər üçün planlaşdırılıb. Yəni 5 il ərzində. Ona görə qarşıdakı 10 ay ərzində nəyinsə dəyişəcəyini gözləmək əbəsdir”.

E.Muradlı bildirib ki, əsas odur problemlərin aradan qaldırılması üçün dövlətin iradəsi, istəyi və proqramı var:

“Ona görə də səbrlə bu prosesləri müsbətə doğru həll edilməsi yönündə addımların atılmasını gözləməliyik. Bu il bir az çətinlik onunla əlaqədar oldu ki, Formula 1 yarışları ilə yeni tədris ili təxminən eyni dövrə düşdü. Üstəlik Bakı şəhərində 10 əsas ötürücü küçələr var ki, onlar bağlıdır. Bu da təbii ki, hrəkətin təşkilinə təsir edir.
Bəzi yolların təmirinə başlayıblar. Əlbəttə, bu təmiri indi etməsəydilər daha yaxşı olardı. Çünki əvvəldən bilirdilər ki, sentyabrda Formula 1 olacaq və yeni tədris ili başlayır.
Bunları nəzərə alaraq eyni vaxtda 10 küçədə təmir-bərpa işləri aparmaqla hərəkəti iflic etmək lazım deyildi. İndi şəhərdə hərəkəti iflic edən məhz budur”.

Nigar İxtiyarqızı

Избранный
12
1
tribunainfo.az

2Источники