RU

Magistrın tələbəsiyəm  

Yuxusuz günlərim bəhrəsin verdi,

Xəyalım xoş günün meyvəsin dərdi.

Gözlərim axır ki,bu günü gördü,

Artıq magistrın tələbəsiyəm.

******

Çəkilən əziyyət hədərə getməz,

Zəhmətlər heç vaxtı arada itməz.

Tənbəllik,inan ki,cücərməz,bitməz,

Artıq magistrın tələbəsiyəm.

******

Ustadlar yanında hörmət qazandım,

Mən öz zəhmətimlə göyə uzandım.

Bu həyatda aqilliyi düz sandım,

Artıq magistrın tələbəsiyəm.

******

Yaxşılardan,yaxşılığı öyrəndim,

Çox düşündüm,az danışdım,az dindim.

Yamaların məclisində mən söndüm,

Artıq magistrın tələbəsiyəm.

******

Bu ilki imtahan çətindi,yaman,

Baxanda gözlərə çökürdü duman.

Güclü tələbələr qalibdi hər an,

Artıq magistrın tələbəsiyəm.

******

İmtahan olunur hər kəs sıradan,

İmtahanlar seçir ağı-qaradan.

Güclü ilə gücsüz görünür burdan,

Artıq magistrın tələbəsiyəm.

******

Mən sübut eylədim öz hünərimi,

Sonuna saxladım dərdi-sərimi.

Göstərdim burda mən öz yerimi,

Artıq magistrın tələbəsiyəm.

******

İmtahan tanıdır yaxşıyla pisi,

İmtahan göstərir insana dərsi.

Çatır hər bir kəsə həqiqət səsi,

Artıq magistrın tələbəsiyəm.

******

Beş günlük dünyanın üçü qaradı,

Mehribanlıq bütün dərdə çaradı.

Yamanların bilin,sonu yaradı,

Artıq magistrın tələbəsiyəm.

******

İnsanlar dost olsa biri-birylə,

Qələbə qazanar səbirləriylə.

Bəxtəvər olarlar hər günləriylə,

Artıq magistrın tələbəsiyəm.

******

Fikrim,xəyalım hey aşır-daşır,

Gözlərim yaşarır,ürəyim coşur.

Dünyayam,bu adım mənə yaraşır,

Artıq magistrın tələbəsiyəm.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin beynəlxalq biznesin idarə edilməsi ixtisasının tələbəsi.

Избранный
25
adalet.az

1Источники