RU

Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılıb  

Özlərini bank əməkdaşı kimi təqdim edən saxtakarlar vətəndaşların bank kodlarını və digər şəxsi məlumatlarını öyrənmək üçün müxtəlif fırıldaqçılıq üsullarına əl atırlar. Onlar zənglər, lotereya və endirim linkləri vasitəsilə göndərilən saxta mesajlardan istifadə edirlər. Xüsusilə yaşlı şəxslərin və azyaşlıların aldadılması halları daha çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən təhlillər aparılır. Həmçinin Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılıb. “Düşünürəm ki, bu şöbənin də fəaliyyəti vəziyyətə nəzarət sahəsində uğurlu olacaq. Qabaqlayıcı tədbirlər kimi vətəndaşlara tövsiyə olunur ki, öz bank məlumatlarını kənar şəxslərlə və ya bilinməyən resurslara paylaşmasınlar, tanımadıqları nömrələrdən gələn linklərə daxil olmasınlar, şübhəli zəng və mesajlar barədə dərhal banklara və hüquq-mühafizə orqanlarına məlumat versinlər”, - deyə o vurğulayıb.

 

Избранный
40
7
azerbaijan-news.az

10Источники