RU

KİV: ABŞ ın Suriya üzrə diplomatlarının bəziləri işdən azad edilib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Suriya üzrə ən yüksək səviyyəli ABŞ diplomatlarından bəziləri işdən azad edilib.

APA xəbər verir ki, bu barədə 5 anonim mənbə “Reuters”ə məlumat verib.

Bildirilib ki, ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın komandasında Suriya üzrə təyin olunan diplomatların bir neçəsi vəzifədən uzaqlaşdırılıb.

Mənbənin məlumatına görə, bu ixtisarlar ABŞ-ın Suriya siyasətində dəyişikliyiyə səbəb olmayacaq.

Əlavə edilib ki, diplomatların işdən azad edilməsi Ağ Evlə səfir Barrakın arasında olan siyasi anlaşılmazlıqlar səbəbindən baş verməyib və qəfil meydana çıxıb.

İxtisarların səbəbi haqqında məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
3
apa.az

4Источники