RU

Hindistanda dünyanın ən hündür insan piramidası yaradılıb

Hindistanın Maharaştra ştatında keçirilən "Dali Hendi" festivalında 250 nəfər “canlı piramida” yaradaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Bildirilib ki, "Canlı piramida"nın hündürlüyü demək olar ki, 15 metrə çatdı ki, bu da beş mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Lakin təhlükəsizlik baxımından ölkədə bu cür piramidaların hündürlüyü 9 metri keçməməli və uşaqlar iştirak etməməlidir, çünki hər il bu mərasim zamanı yüzlərlə insan müxtəlif dərəcəli xəsarətlər alır. 

Şəfa Hüseynli

Избранный
3
operativmedia.az

1Источники