RU

ABŞ dən Ukraynaya yeni mexanizmlə silah göndərilir İlk paketdə “Patriot” və “HIMARS” raketləri yer alıb

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə yeni mexanizm əsasında göndəriləcək ilk silah paketlərinin tərkibi barədə açıqlama verib. Onun sözlərinə görə, bu partiyalara ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri və “HIMARS” yaylım atəşli reaktiv sistemləri üçün raketlər daxil olacaq.

Zelenski bu barədə Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında danışıb. O bildirib ki, söhbət ABŞ və Avropa müttəfiqlərinin razılaşdırdığı yeni yardım mexanizmindən — PURL (Priority Ukraine Requirements List – Ukraynanın prioritet tələbləri siyahısı) çərçivəsində ayrılan vəsaitlərdən gedir.

“Biz tərəfdaşlarımızdan PURL proqramı çərçivəsində 2 milyarddan çox vəsait almışıq. Oktyabrda əlavə maliyyə də daxil olacaq. Hesab edirəm ki, ümumi məbləğ təxminən 3-3,5 milyard dollar olacaq. İlk iki paket isə 500 milyon dollardan ibarətdir. Paketlərin detalları barədə danışmayacağam, amma orada “Patriot” və “HIMARS” üçün raketlər olacaq”, – Zelenski qeyd edib.

Xatırladaq ki, bu mexanizm barədə qərar iyul ayında elan olunmuşdu. Onun mahiyyəti ondan ibarətdir ki, Ukraynaya silahlar ABŞ-nin anbarlarından çıxarılacaq, lakin xərcləri Vaşinqton deyil, NATO ölkələri öz üzərinə götürəcək. Bu zaman Ukrayna hərbi rəhbərliyi hansı silah və sursatlara ehtiyac olduğunu müəyyənləşdirəcək, alyans ölkələri isə maliyyə yükünü öz aralarında bölüşəcəklər.

Beləliklə, PURL çərçivəsində ayrılan ilk paketlər Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və cəbhə xəttində HIMARS sistemlərinin fəaliyyətini davam etdirmək məqsədi daşıyır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
azpolitika.info

2Источники