BAKI, 18 sentyabr. TELEQRAF
“Son dövrlərədək ölkədə həkimlərini cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə mövcud deyildi”.
Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Mahir Abbasov deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada təsdiq olunub.
"Öz işinə vicdansız yanaşaraq xəstənin sağlamlığına zərər vermək cinayət məsuliyyəti yaradır".