RU

Mabel Matizin bu mahnısı bloklana bilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyəli müğənni Mabel Matizin bir neçə gün öncə yayımlanan yeni mahnısı “Perperişan”a rəqəmsal platformalarda giriş bloklana bilər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi bununla bağlı Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə müraciət edib.

Bildirilir ki, buna səbəb mahnının məzmunun ailə dəyərlərinə zərər verə bilməsidir. Belə ki, bəstə yeniyetmə və gənclərin əqli inkişafına mənfi təsir göstərə və ictimai narazılıq yarada bilər.

Müraciət ərizəsində qeyd olunub ki, vətəndaşlar da CİMER (Cümhuriyyət İnformasiya Mərkəzi) vasitəsilə nazirliyə şikayət edərək mahnının sözlərinin ailə dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

Bu müraciətlər nəticədə rəsmi tədbirin görülməsinə təkan verib. Nazirlik qərarın icrası üçün məsələni İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna göndərərək mahnının internetdə yayımlanmasının bloklanmasını təmin etməyi xahiş edib.

Qeyd edək ki, M. Matiz “Karakol”, “Mübhem”, “Öyle kolaysa”, “Gel”, “Antidepresan” və sair mahnıları ilə məşhurdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
3
qafqazinfo.az

4Источники