RU

BWXT şirkəti ABŞ donanması ilə nüvə reaktorları üzrə əməkdaşlığı genişləndirir

Amerikanın BWX Technologies (BWXT) şirkəti ABŞ-ın Energetika Nazirliyinin müdafiə məqsədilə uranın zənginləşdirilməsinin potensilı üzrə proqramını dəstəkləmək üçün Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) tərəfindən 1,5 milyard dollarlıq müqaviləyə layiq görülüb.

Herbiand.az bildirir ki, müqaviləyə əsasən, BWXT uranın zənginləşdirilməsi üzrə eksperimental sentrifuqa (DUECE) inşa edəcək.

Müqavilə obyektin layihələndirilməsi, lisenziyalaşdırma, əsas avadanlıqların satın alınması, sahənin hazırlanması və zavodun istismara verilməsini əhatə edir.

Pilot zavod ilkin olaraq NNSA üçün aşağı zənginləşdirilmiş uran istehsal edəcək. Daha sonra isə ABŞ Hərbi Dəniz Qüvvələri üçün yüksək zənginləşdirilmiş uran istehsalına çevriləcək. Obyekt BWXT-nin Tennessi ştatının Ervin şəhərindəki nüvə yanacağı emalı zavodunda tikiləcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
18
herbiand.az

1Источники