RU

Böyük Britaniya da Fələstini tanıyacaq Trampın Londondan getməsini gözləyirlər

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın London səfəri başa çatdıqdan sonra Böyük Britaniya hökuməti Fələstini dövlət kimi tanıyacaq. Bu barədə "Tayms" ("The Times") nəşri məlumat verib.

Nəşrin məlumatına görə, Britaniyanın Baş naziri Kir Starmer Fələstini tanıdıqlarını Donald Trampın səfərindən sonra bəyan etməyi qərara alıb. Səbəb sentyabrın 18-nə planlaşdırılmış birgə mətbuat konfransı zamanı həmin məsələnin müzakirəsi ilə qarşılaşmamaqdır.

ABŞ Fələstinin rəsmən tanınmasının əleyhinə çıxış edir. Donald Tramp bu addımın HƏMAS üçün mükafat olacağını deyib.

"Tayms" nəşrinin məlumatına görə, London Fələstini tanımaq qərarını BMT Baş Assambleyasının gələn həftə başlanacaq iclasından əvvəl bəyan etməyi planlaşdırır. Fransa, Kanada və Avstraliya dövlətlərinin də Fələstini dövlət kimi tanımaları gözlənilir. 

Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
hurriyyet.az

2Источники