RU

Tofiq Əliyev: Bir göz qırpımında isə tamblinq cığırı ilə tək qalıram MÜSAHİBƏ

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan tamblinq yığmasının üzvü, dünya Avropa çempionatlarında komanda yarışlarında qızıl və bürünc medalların sahibi, 2024-cü ildə Avropa çempionatının fərdi yarışında gümüş mükafatçısı Tofiq Əliyev Apasport.az saytına müsahibə verib.

- Gimnastikaya həvəs sizdə nə zaman yarandı? Bu idman növünü seçməkdə məqsədiniz nədir?

- Uşaqlıqdan hərəkətli olmuşam. Ailəm də buna görə məni gimnastikaya yazdırdı. Zalda vaxt keçirdikcə idmana olan marağım daha da artdı. Tamblinqdə idman sahəsinə aid bütün komponentlər var: rəqabət, həyəcan və s. Bunlar məni idmana bağlayan əsaslardır.

- Dünya çempionatında komanda yarışında birinci yerə layiq görülmüsən, fərqi olaraq sən özünü bu kürsüdə xəyal edirsən? 

- Həmin Dünya çempionatında fərdi yarışlarda medal şansım var idi. Yarışı ilk dördlükdə bitirməyim bunun işarəsidir. Böyüklər arasında ilk yarışım idi və rəqiblərim nisbətən daha təcrübəli idilər. Artıq yetəri qədər təcrübəm olduğunu düşünürəm və bu il o medalı qazanmaq üçün özümü hazır hiss edirəm.

- Hazırda məşqlər nə yerdədir? Qarşıda səni gözləyən hansı yarışlar var? 

- Oktyabrda Fransanın Antib şəhərində bizi Dünya kuboku, noyabrda isə Dünya çempionatı gözləyir. Əlavə olaraq, dekabrda Faceoff Events’in finalında yarışacağam. Yarış yaxınlaşdıqca məşqlər də daha intensiv keçir.

- Gələcək karyeranla bağlı nə düşünürsən? 

- Əlbəttə, gələcəklə bağlı planlarım var. Karyera missiyalarım arasında bütün mümkün qızıl medalları qazanmaq var. Ümid edirəm ki, bu istəyimə nail olacağam və bayrağımızı beynəlxalq arenalarda ən uca zirvəyə qaldıracağam.

- Yarışlarda ən çətin anın nə olub və onu necə dəf etmisən?

- Ən çətin anım 2023 Dünya çempionatının finalında yaşandı. Ayaq əzələm dartıldı və vəziyyət həm çətin, həm də təəssüf ki, çıxılmaz oldu.

- Yarış öncəsi psixoloji hazırlığını necə təşkil edirsən?

- İdman zalında üzərimə düşən məşqi edirəm. Alınmayanda isə pis olmağın əvəzinə növbəti məşqə köklənirəm. Sevdiklərimlə yaxşı, keyfiyyətli zaman keçirməyə çalışıram. Nəticədə qazandığım uğurların ən böyük səbəbi də onlardır.

- Yarışlarda təzyiq altında necə sakit qalmağı bacarırsan?

- Bütün həyəcan baş hakimin işarəsinə qədərdir. Həmin işarəyə qədər özümü tənzimləyirəm və çıxışıma mane olacaq bütün hissləri söndürürəm. Növbəti göz qırpımında isə tamblinq cığırı ilə tək qalıram.

- İdman karyeranda səni ən çox dəstəkləyən şəxs kim olub?

- Anam

Azərbaycan gimnastı Slovakiya millisinin üzvlərinə təlim keçib

Gimnastlarımızdan Belarusda 7 medal

İdmançımız Türkiyədə keçirilən Qran-pridə doqquzuncu olub - FOTO

Gimnastlarımız ölkəyə qayıdıblar

Gimnastlarımızdan Dünya Oyunlarında üç gümüş medal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
apasport.az

3Источники