RU

Polşanın müdafiə naziri Kiyevdədir

Hurriyyet.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak Kamış sentyabrın 18-də, səhər saatlarında Kiyevə rəsmi səfər edib.

Bu barədə Polşa Müdafiə Nazirliyinin X səhifəsində məlumat verilib.

Polşa nümayəndə heyətinin tərkibində ölkənin Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin təmsilçiləri var.

Kosinyak-Kamışın ukraynalı həmkarı Rustem Umerov və Baş nazir Denis Şmıqal ilə görüşləri planlaşdırılıb.  Tərəflər hərbi əməkdaşlıq, Ukraynaya dəstək, Rusiya təcavüzünün davam etməsi fonunda təhlükəsizlik vəziyyəti məsələlərini müzakirə etmək niyyətindədirlər.

Hürr Tərcüman

Избранный
7
hurriyyet.az

1Источники