ain.az, Lent az portalına istinadən məlumat yayır.
ABŞ-ın Pensilvaniya ştatında üç polis əməkdaşı qətlə yetirilib, iki nəfər isə yaralanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, silahlı incident yerli vaxtla saat 14:10-da baş verib. Cinayətkar daha sonra hadisə yerində özünə də qəsd edib.
Məlumata görə, polislər məhkəmə qərarı ilə həbs olunan şəxsi saxlamaq üçün gələrkən cinayətkar onları güllələyib. Nəticədə 3 polis ölüb, 2-si yaralanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.