ABŞ prezidenti Rusiyanın uzunmüddətli müttəfiqi olan Belarusa yaxınlaşmaq üçün diplomatik səylər göstərir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenkoya yaxınlaşmağa çalışır.
The Washington Post qəzeti yazır ki, bu səylərin kulminasiyası Alyaska sammitində müşahidə olunub və Trampın Putinə yönəlmiş diplomatik addımları ilə eyni zamanda diqqət çəkib.
Məlumatlara görə, Tramp Lukaşenkoya münasibətləri yaxşılaşdırmaqla müəyyən irəliləyiş əldə edib və nəticədə bir sıra siyasi məhbusların azad olunması təmin olunub. Lakin Belarusda repressiyalar hələ də davam edir və buna görə də Minskə tətbiq edilmiş sanksiyaların qüvvədə qalması vacib hesab olunur.
Poliqon.info