RU

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ağdama gedir

Bu gün Azərbaycana gələn Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdama gedir...

Bu barədə Poliqon-a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. 

Bildirilib ki, avrokomissar Ağdama səfər çərçivəsində azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.
M.Kos, eyni zamanda, Azərbaycan hökuməti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.

Poliqon.info

Избранный
15
1
poliqon.info

2Источники