RU

BОК İsraili kənarlaşdırmaqdan imtina etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsrailin idman yarışlarından uzaqlaşdırılması ilə bağlı çağırışı rədd edib.

Axar.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

İspaniyanın Baş naziri Pedro Sançesin Qəzza zolağındakı münaqişəyə görə İsrailin yarışlardan kənarlaşdırılması təklifinə cavab olaraq BOK bildirib ki, İsrail və Fələstin Milli Olimpiya komitələri bərabər hüquqlara malikdir.

Məlumatda qeyd olunur ki, hər iki tərəf Olimpiya Xartiyasına riayət edir və BOK Qəzzadakı münaqişənin idmançılara təsirini azaltmaq üçün onlarla əməkdaşlığı davam etdirir.

Избранный
52
2
axar.az

4Источники