RU

Qarabağ Benfika ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi Kayrat ın baş məşqçisi

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Çempionlar Liqasının 1-ci turunda "Sportinq"ə qarşı keçiriləcək oyun haqda danışan Qazaxıstan "Kayrat" klubunun baş məşqçisi Rafael Urazbaxtin "Qarabağ"ın "Benfika" üzərində 3:2 hesablı qələbəsini qeyd edib. 

Sportal.az “Чемпионат”a istinadən xəbər verir ki, Urazbaxtin Sportinq"lə matçda bütün güclərini meydanda qoyacaqlarını söyləyib:

"Çempionlar Liqasında hamı bizə xal qazanmaq gözü ilə baxır. Bu da bizi narahat edir. Özümüzü sübut etmək istəyirik. Möhtəşəm bir performans göstərməyə çalışacağıq. Çempionlar Liqasına vəsiqə qazanmaq bizim üçün onsuz da böyük məsələdir. Heç bir təzyiq altında deyilik. Keyfiyyətimizi göstərmək istəyirik. “Qarabağ” “Benfika” ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi. Soyadlar futbol oynamır, oyunçular oynayır. Necə alınacağını görəcəyik. “Sportinq”lə görüşdə bütün gücümüzü meydanda qoyacağıq".

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
sportal.az

2Источники