RU

OKsana Qazaxstanda mükafat aldı

ain.az bildirir, Olay.az saytına əsaslanaraq.

OKsana Qazaxstanda mükafat aldı

3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalı Qazaxstanda keçirilib. Nüfuzlu tədbirdə Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil "M.Teatr" da iştirak edib.

OLAY yazır ki, Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib. 

Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub. Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
3
olay.az

4Источники