RU

“Qarabağ”ın futbolçusu İspaniya klubunun düşərgəsinəyollanacaq

“Qarabağ”ın U-13 komandasnın futbolçusu Ümid Şükürov İspaniyanın “Levante” klubunun akademiyasında təcrübə keçəcək.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, oyunçunun keçidi ilə bağlı Valensiya təmsilçisi ilə danışıqlar son mərhələdədir: “Lakin Ümidin hansı müddətə kimi “Levante”nin düşərgəsində qalacağı hələlik bəlli deyil”.

Qeyd edək ki, “Qarabağ” klubu “Levante” ilə yanaşı, İtaliya təmsilçisi “Udineze” ilə də əməkdaşlıq edir.

Избранный
10
5
redaktor.az

6Источники