BAKI, 18 sentyabr. TELEQRAF
Mingəçevir şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 6 otaqlı evin mətbəxində 1 paq.m mebel və 1 ədəd qaz sobası yanıb.
Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Oğuz şəhərində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.