RU

Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzaladı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, ölkədə səfərdə olan Pakistanın baş naziri Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında Bin Salmanla görüşüb.

Nümayəndə heyətlərinin iştirak etdiyi rəsmi görüşdə iki ölkə arasında tarixi və strateji əlaqələrə və bir sıra ümumi iş sahələrinə nəzər salınıb.

Danışıqlardan sonra Bin Salman və Baş nazir Şərif iki ölkənin təhlükəsizliyinin artırılması, regionda və dünyada təhlükəsizlik və sülhün təmin edilməsi istiqamətində səylər çərçivəsində “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.

Aytən Yaşar/ Turkustan.az

Избранный
40
2
turkustan.az

10Источники