RU

Niderland Qarabağdan köçmüş ermənilərin mənzillə təmin olunması üçün 14 milyon avro ayırır...

Niderland Qarabağdan köçmüş ermənilərin sərfəli mənzillə təmin olunması üçün 14 milyon avro ayıracaq. 
 
Moderator.az xəbər verir ki, "Hraparak"ın məlumatına görə, bu barədə Niderlandın xarici işlər naziri David Van Vell özünün "X" mikrobloqunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşünə istinadla  yazıb.
 
“Niderland Dağlıq Qarabağdan(keçmiş-S.L.) olan qaçqınları əlverişli qiymətə mənzillə təmin etmək üçün Güzəştli Maliyyələşdirmə üzrə Qlobal Fond vasitəsilə 14 milyon avro ayırıb”, - XİN rəhbəri bildirib.
 
Ermənistan Xarici İşlər Nazirliyinin bu görüşün yekunlarına dair yaydığı bəyanatda qeyd olunur ki,  XİN rəhbəri Ararat Mirzoyan Niderlanda səfəri çərçivəsində həmkarı David Van Velllə fəal siyasi dialoqa paralel olaraq iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar
 
Избранный
7
moderator.az

1Источники