RU

İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan MədəniyyətMərkəzinin rəhbəri Yeganə Salmanın və “Azİz – İsrail və AzərbaycanXalqlararası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə nəşr edilən“Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (“Расцвет еврействаАзербайджана”) adlı kitabın təqdimatı olub.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, təqdimat mərasimi Azərbaycan Respublikasınınİsrail Dövlətindəki Səfirliyində baş tutub. Kitabın müəllifi YeganəSalmandır.

Tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov,İsraildə yaşayan diaspor nümayəndələrimiz, yəhudi icmasınınüzvləri, ictimai xadimlər, elm və mədəniyyət sahəsinintəmsilçiləri, eləcə də kitabda bioqrafiyası yer alan şəxslərinyaxınları iştirak ediblər.

Kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyətidövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyüuğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmivə mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub.Nəşrdə, həmçinin Azərbaycandakı yəhudi mənşəli ziyalıların,alimlərin, sənətkarların və ictimai xadimlərin bioqrafikməlumatları toplanıb.

Müəllif Yeganə Salman layihənin əhəmiyyətindən danışaraq“Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın ilk dəfə ikiil əvvəl İsraildə çapdan çıxdığını və Ulu Öndər Heydər Əliyevinanadan olmasının 100 illiyinə həsr edildiyini bildirib.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan vəyəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq vəqarşılıqlı hörmət münasibətlərinə diqqət çəkib. O, tolerantlıq vəmultikultural dəyərlərin Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsiolduğunu, bu ənənələrin isə ölkəmizin müxtəlif millət və dinlərinnümayəndələri üçün doğma vətənə çevrilməsinə zəmin yaratdığınıvurğulayıb.

Tədbirin sonunda Azərbaycandakı yəhudilərin tarixi haqqındavideoçarx nümayiş olunub.

İsraildə
İsraildə
İsraildə
İsraildə
İsraildə
İsraildə
İsraildə
Избранный
11
2
az.trend.az

4Источники