RU

Hava Limanında taksi qiymətləri AÇIQLANDI

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni taksi terminalı quraşdırılıb. Bu yeniliklə, sərnişinlər artıq taksi sürücüləri tərəfindən müəyyən edilən ixtiyari qiymətlərlə üzləşməyəcəklər.Newscenter.az Baku.ws-ə istinadən xəbər verir ki, yeni sistem aeroportdan şəhər mərkəzinə və populyar otellərə gedən marşrutlar üçün standart qiymətlər müəyyənləşdirib.Qiymətlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) ilə göstərilir, bu da beynəlxalq səyahətçilərə asanlıq yaradır. Terminalın quraşdırılması ilə taksi xidmətləri daha mütəşəkkil hala gətirilib, uzun növbələr azalıb və ödənişlər elektron şəkildə həyata keçirilə bilər.Aeroportdan müxtəlif ünvanlara taksi qiymətləri aşağıdakı kimi müəyyənləşdirilib (qiymətlər təqribi olaraq AZN və USD formatında göstərilir, aktual məzənnəyə əsasən):Əsas marşrutlar və qiymətlər:ÜnvanQiymət (AZN)Qiymət (USD)20 Yanvar M/S29 ₼17 $Əhmədli M/S25 ₼14 $Baku Marriott Hotel Boulevard26 ₼15 $Hilton Baku26 ₼15 $JW Marriott Absheron Baku26 ₼15 $Winter Park Hotel27 ₼16 $Courtyard Baku27 ₼16 $The Merchant Baku27 ₼16 $Ibis Baku City Hotel25 ₼15 $Holiday Inn Hotel25 ₼15 $Altus24 ₼14 $Fairmont Hotel Baku29 ₼17 $Four Seasons Hotel Baku28 ₼16 $Sheraton Baku Intourist Hotel28 ₼16 $InterContinental Hotel27 ₼16 $Sea Breeze Hotel/Resort30 ₼18 $Excelsior Hotel24 ₼14 $Melissa Park29 ₼17 $Stonepay Royal Park30 ₼18 $Qiymətlər məsafəyə əsasən hesablanır:• Açılış qiyməti (3 km qədər): 6 ₼• 3-25 km arası: Hər km üçün 0.95 ₼• 26 km-dan yuxarı: Hər km üçün 0.70 ₼

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
16
newscenter.az

10Источники