RU

Ana sevgilisi ilə alış-verişə getdi, iki qızı evdə yanıb öldü

Avstraliyanın Melburn şəhərində 26 yaşlı ana azyaşlı uşaqlarını yanan evdə qoyaraq sevgilisi ilə birlikdə avtoehtiyat hissələri almağa gedib.

Şaniya Li adlı həmin ana bir saatdan artıq evə qayıtmayıb.

O, real vaxt rejimində telefonundakı ev müşahidə kameralarının yayımı vasitəsilə qızlarının ümidsiz qışqırıqlarını eşitsə də, təcili yardım xidmətlərinə zəng etməyib və onları xilas etmək üçün geri qayıtmayıb. Nəticədə, beş və bir yaşlı iki qızı həlak olub.

Qeyd olunur ki, ailə yanğından cəmi bir həftə əvvəl yeni evə köçüb. Yanğından yalnız üç yaşlı qız möcüzə nəticəsində sağ qalıb, təcili xidməti isə qonşular çağırıblar.

Məhkəmə təqsirləndirilən şəxsin girov müqabilində azadlığa buraxılmasına qərar verib və iş üzrə əsas iclas 2026-cı ilin yanvarına təyin edilib.

Polis qadının azadlığa buraxılmasına qarşı çıxaraq onun valideynlik vəzifələrinə laqeyd münasibətlə bağlı əvvəlki doqquz insidentdə iştirakına işarə edib. Polisin vəsatətinə görə, xüsusilə, o, dəfələrlə uşaqları nəzarətsiz qoyub.

 

(Lent.az)

Избранный
20
1
moderator.az

2Источники