RU

Avqust ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib

Ajans.az xəbər verir ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 917 064 tibbi xidmət göstərilib. Onlardan 960 871-i stasionar, 6 956 193-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb.

Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 002 olub. Onlardan 28 690 stasionar, 2 312 ambulatordur.

Избранный
23
13
Ajans.az

10Источники