RU

“Qalatasaray” Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Ayntraxt” klubunun qonağı olacaq. İngiltərənin “Mançester Siti” komandası evdə İtaliya “Napoli”sini sınağa çəkəcək. Gecənin maraqla gözlənilən matçlarından biri isə Portuqaliyada “Sportinq” və Qazaxıstanın “Kayrat” komandaları arasında olacaq.

Hər üç görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya).

Избранный
20
12
azertag.az

10Источники