RU

ChatGPT də yeni qadağalar olacaq

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

ChatGPT-də istifadəçilərdən yeni tələblər olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "ChatGPT"nin idarəçisi olan "OpenAI"ın CEO-su Sam Altman açıqlama verib.

O, platformadan istifadəylə bağlı yeniliklər tətbiq olunacağını deyib: "Platformanın təhlükəsizliyi üçün şəxsiyyət və yaşla bağlı tələblər üzərində iş gedir. Hətta ciinayətlərin daha çox olduğu bəzi ölkələrdə böyüklərdən də şəxsiyyətin müəyyənləşməsi tələbi qoyulacaq. Eyni zamanda, azyaslılarla bağlı dəyişikli ediləcək. Müəyyən yaş senzi tətbiq olunacaq"

Rəsmi nümayəndə bildirib ki, bu qərar yeniyetmənin intiharı ilə bağlı "OpenAI" şirkətinə qarşı məhkəmə iddialarının artmasından sonra verilib: "Hazırda nəzarət mexanizmlərinin artırılması istiqamətində işləyirik. Tətbiq elan olunduqdan sonra 13-18 yaşlı istifadəçilər ChatGPT-nin məhdud versiyasına çıxış əldə edə biləcəklər. Bu versiyada intihar, özünə zərər vermə  və sair bu səpkili heç nə olmayacaq".

Lamiyə Əhmədli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
mia.az

1Источники