RU

ABŞ-də atışma: Polis əməkdaşları həlak oldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Pensilvaniya ştatının York şəhərində naməlum şəxs odlu silahdan atəş açıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə York şəhərinin polis komissarı Kris Peris ştat administrasiyasının "X" hesabında məlumat verib.
Məlumata görə, atışma yerli vaxtla saat 14:10-da (Bakı vaxtı ilə 22:10) baş verib.
Hadisə nəticəsində üç polis əməkdaşı həlak olub, ikisi yaralanıb. Silahlı şübhəli şəxs isə intihar edib.
"Mən təsdiq edə bilərəm ki, atəş açan şəxs ölüb, beş hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb və onlardan üçü həyatını itirib, ikisi xəstəxanada ağır, lakin stabil vəziyyətdədir", - deyə Peris bildirib.
Избранный
27
oxu.az

1Источники