RU

Pensilvaniyada atışma: Üç polis əməkdaşı həlak olub...

Hadisə Kodorus qəsəbəsində baş verib, şübhəli öldürülüb...

Poliqon xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatında baş vermiş atışma nəticəsində üç polis əməkdaşı həyatını itirib. Bu barədə ştatın polis komissarı Kristofor Péris NBC telekanalına açıqlamasında məlumat verib.

İnsident York dairəsinin Kodorus qəsəbəsində baş verib. Telekanalın mənbələrinə görə, polis əməkdaşları həbs orderini icra edərkən naməlum şəxs onlara atəş açıb. Hadisə zamanı iki polis ağır yaralanıb və hazırda xəstəxanadadır. Şübhəli şəxs hadisə yerində zərərsizləşdirilib.

Polis və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, həlak olmuş əməkdaşların yaxınlarına başsağlığı verilib.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники