RU

UEFA Çempionlar Liqasında günün AFİŞASI

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk turun növbəti qarşılaşmaları baş tutacaq.

BAKU.WS xəbər verir ki, turun son oyun günündə altı maraqlı matç oynanacaq. Günün ilk oyunları Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Belçika təmsilçisi "Brügge" öz meydanında Fransa klubu "Monako"nu qəbul edəcək. Paralel olaraq, Danimarkanın "Kopenhagen" klubu Almaniyanın "Bayer Leverkuzen" komandası ilə qarşılaşacaq.

Saat 23:00-da isə daha dörd oyun keçiriləcək. Almaniyada "Ayntraxt Frankfurt" "Qalatasaray"la qarşılaşacaq. Eyni saatda İngiltərə nəhəngi "Mançester Siti" İtaliyanın "Napoli" klubu ilə, "Nyukasl Yunayted" isə İspaniya təmsilçisi "Barselona" ilə üz-üzə gələcək. Digər görüşdə isə Portuqaliyanın "Sportinq" klubu Qazaxıstanın "Kayrat" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Çempionlar Liqası

I tur

Saat 20:45, "Brügge" - "Monako";

Saat 20:45, "Kopenhagen" - "Bayer Leverkuzen";

Saat 23:00, "Ayntraxt Frankfurt" - "Qalatasaray";

Saat 23:00, "Mançester Siti" - "Napoli";

Saat 23:00, "Nyukasl Yunayted" - "Barselona";

Saat 23:00, "Sportinq" - "Kayrat".

Избранный
21
far.az

1Источники